Bank Of Baku

Tərtərdə məktəblilər arasında hərbi idman yarışı təşkil olunub

Tərtərdə məktəblilər arasında hərbi idman yarışı təşkil olunub
# 09 aprel 2008 14:03 (UTC +04:00)
Tərtər. Teymur Quliyev-APA. Tərtərdə bir neçə rayon məktəblilərinin iştirakı ilə “Şahin” hərbi idman yarışı təşkil olunub. APA-nın Qarabağ bürosunun məlumatına görə, yarışda Ağdam, Ağcabədi, Bərdə, Naftalan, Yevlax, Mingəçevir, Goranboy, Ağstafa, Xocalı, Şəki rayonlarından hərbi və idman sahələrinə maraq göstərən məktəblilərdən ibarət 10 komanda bacarıq və qabiliyyətini nümayiş etdirib. Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Şahlar Qurbanov bildirib ki, yarış 8 mərhələdə 8 normativ-sıra hazırlığı, darağın doldurulub-boşalması, avtomat silahının sökülüb yığılması, tüfəngdən hədəfə atəş, fiziki hazırlıq, maneələrin dəf edilməsi, mülki müdafiə hazırlığı və sanitar qaydaların yerinə yetirilməsi üzrə keçirilir. Münsiflər heyətinin üzvü, Tərtər rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenantı Məhərrəm Hüseynovun sözlərinə görə, yeniyetmələrin hərbi biliklərə marağı və bacarıqları qənaətbəxşdir. Tədbirin təşkilat şöbəsindən verilən məlumata görə, bütün mərhələlər üzrə qalib gələn komanda mayın 10-da keçiriləcək respublika birinciliyində iştirak etmək üçün vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR