Bank Of Baku

Lənkəranda “Özəlləşdirmə metodları və alətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda seminar keçirilib

Lənkəranda “Özəlləşdirmə metodları və alətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda seminar keçirilib
# 10 aprel 2008 13:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə təşkilatçılığı ilə Lənkəranda “Özəlləşdirmə metodları və alətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, cənub bölgəsinin 9 rayonundan DƏİEDK-in yerli nümayəndələrinin qatıldığı tədbirdə komitənin investisiyaların cəlb olunması və idarə edilməsi şöbəsinin müdir müavini Urfan Nadirov və GTZ-in mütəxəssisi Vulf Şmider sözü gedən mövzu ətrafında məruzə ilə çıxış ediblər. Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR