Bank Of Baku

Yevlaxda ictimai məlumatlandırma seminarı keçirilib

Yevlaxda ictimai məlumatlandırma seminarı keçirilib
# 10 aprel 2008 16:53 (UTC +04:00)
Yevlax. Teymur Quliyev-APA. Bu gün Yevlaxda Azərbaycan hökumətinin (Korrupsiyaya Qarşı Mübarizə Komissiyası) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən AZPAC layihəsinin (Azərbaycanın Korrupsiya ilə Mübarizə Strategiyasına Dəstək Layihəsi) hissəsi kimi Azərbaycanın yeni Antikorrursiya Strategiyası və Fəaliyyət Planını təqdim etmək məqsədilə ictimai məlumatlandırma seminarı keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanının müxtəlif regionlarında hökumətin və digər hökumət təşkilatlarının korrupsiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər, öhdəliklər haqqında ictimai bilikləri artırmaqdır. Tədbirdə Milli Məclisin deputatı Əli Hüseynov, şöbə müdirinin müavini Səyyar Kərimov, digər rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR