Bank Of Baku

Zaqatalada yol kənarındakı böyük yaşı olan ağaclar kəsilir

Zaqatalada yol kənarındakı böyük yaşı olan ağaclar kəsilir
# 14 aprel 2008 10:22 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalada yol kənarındakı böyük yaşı olan ağaclar kəsilir. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərdə yaşlı ağacların kəsilməsi yerli sakinlərin ciddi etirazına səbəb olub. Sakinlər bunu şəhərin yaşıllığına və təbiətinə vurulmuş ziyan kimi qiymətləndirirlər. Əlaqədar təşkilatlar isə şəhərdə ağacların kəsilməsini yolların genişləndirilməsi məqsədi ilə həyata keçirildiyini bildirir. 9 saylı Ərazi Ekologiya və Təbiəti Mühafizə İdarəsindən isə APA-nın yerli bürosuna bildirilib ki, şəhər ərazisində hər hansı bir ağacın kəsilməsi barədə onlarda heç bir məlumat yoxdur. İdarədən həmçinin bildirilib ki, yol kənarındakı ağacların budanması halları mövcuddur ki, buda yolların genişlənməsi və rayonda aparılan tikinti-abadlıq-quruculuq işləri ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR