Bank Of Baku

Şəkidə sahibkarlar qiymət artımının qarşısını almaq üçün forum keçiriblər

Şəkidə sahibkarlar qiymət artımının qarşısını almaq üçün forum keçiriblər
# 14 aprel 2008 10:25 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Şəkidə ət məhsullarının bahalaşmasının qarşısını almaq məqsədilə Biznes Forum keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki rayon Ət Kombinatının təşəbbüsü ilə təşkil olunmuş Biznes Forumda sahibkarlar bazarda ət məhsullarının qiymətinin artmasının səbəbləri barədə müzakirə aparıblar. Daha sonra onlar Şəki Ət Kombinatında istehsal olunan məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar. Forumun sonunda sahibkarlar qiymət artımını tənzimləmək üçün kombinatla əməkdaşlıq etmək qərarına gəliblər. Onlar bu üsulla qiymət artımının qarşısının alınacağı qənaətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR