Bank Of Baku

Yunanıstandan Çinə velosipedlə gedən beynəlxalq qrup Bakıya çatıb

Yunanıstandan Çinə velosipedlə gedən beynəlxalq qrup Bakıya çatıb
# 14 aprel 2008 11:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yunanıstandan Olimpiya oyunlarının keçiriləcəyi Çinə yola düşən həvəskar velosipedçilərdən ibarət beynəlxalq qrup bu gün Bakıya çatıb. APA-nın məlumatına görə, Polşanın Azərbaycandakı səfirliyində velosipedçilərlə görüş keçirilib. On iki nəfərdən ibarət qrup Yunanıstan, Finlandiya, Almaniya, İtaliya, Niderland, Polşa, Litva, Latviya və Yeni Zelandiya vətəndaşlarından ibarətdir. Velosipedçilər fevralın 20-də Yunanıstandan yola çıxaraq Türkiyə və Gürcüstandan keçməklə Azərbaycana gəliblər. Azərbaycanda 2 gün qalandan sonra onlar bərə ilə Türkmənistana, oradan Özbəkistana, Tacikistana, Qırğızıstana keçəcək və nəhayət avqustun 8-də Çinə çatacaqlar. Velosipedçilər 171 gün ərzində 12 min kilometr yol qət edəcəklər. Səyahətçilər bildiriblər ki, Azərbaycan vətəndaşları da onlara qoşula bilər. Qrup bunun üçün hətta ehtiyat velosipedlər də gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR