Bank Of Baku

“Gənclik gələcəyin səsi!” adlı II respublika görüş-seminarı keçiriləcək

“Gənclik  gələcəyin səsi!” adlı II respublika görüş-seminarı keçiriləcək
# 15 aprel 2008 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 17-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gənclik gələcəyin səsi!” adlı II respublika görüş-seminarı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, üç günlük seminar “Gənclik” Beynəlxalq Turizm Mərkəzində baş tutacaq. Seminarın keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərə dövlət qayğısının daha da artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, yaradıcı gənclərin problemlərinin müzakirəsi və yaxın gələcəkdə qarşıda duran əsas vəzifələrin səmərəli həyata keçirilməsi yollarının müəyyənləşdirilməsidir. 100-ə yaxın yaradıcı gəncin qatılacağı görüş-seminarda teatr, kino, musiqi, rəqs, təsviri sənət və ədəbi yaradıcılıq sahələri üzrə müzakirələr aparılacaq. Seminarın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR