Bank Of Baku

Qadın sahibkarların konfransı keçirilib

Qadın sahibkarların konfransı keçirilib
# 18 aprel 2008 10:59 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə sahibkar qadınların konfransını keçirilib. APA-nın məlumatına görə, Heydər Əliyevin 85 illiyi münasibətilə təşkil edilmiş konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qadın sahibkarlarının beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini bildirib: “Ölkəmizdə yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar əhalinin sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş köklü dəyişikliklər qadınların bu prosesdəki rolunun aktivləşməsinə gətirib çıxarıb. Ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən Azərbaycanın məşğulluq strategiyasında qadınlar arasında sahibkarlığın inkişafı məqsədilə onlara zəruri köməyin göstərilməsi nəzərdə tutulur”. İqtisadi inkişaf naziri Heydər Babayev isə Azərbaycanda sahibkarlıqla məşğul olan şəxslərin 15%-ni qadınların təşkil etdiyini açıqlayıb: “Qadınlar 2003-cü ildə ümumi məşğul əhalinin 47,7 %-ni təşkil edirdisə, hazırda bu rəqəm 49,5 %-dək yüksəlib”. BMT-nin Qadınlarla münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin üzvü Pramila Patten, millət vəkilləri Ziyad Səmədzadə, Əkrəm Abdullayev və başqaları da çıxışlarında mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR