Bank Of Baku

Biləsuvarda regional əhəmiyyətli uşaq klinikası tikilir

Biləsuvarda regional əhəmiyyətli uşaq klinikası tikilir
# 20 aprel 2008 09:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Biləsuvar rayonunda Uşaq Klinikası tikilir. Biləsuvar rayon İcra Hakimiyyətindən APA-ya daxil olan məlumata görə, Milli Bankın sifarişi ilə müasir standartlara uyğun tikiləcək klinika regional əhəmiyyətli səhiyyə ocağı olacaq. İki mərtəbəli, 40 çarpayılı uşaq klinikasında doğum və cərrahiyyə şöbələri fəaliyyət göstərəcək. Klinikanın bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub. Bundan başqa, Biləsuvarda tikintisi davam etdirilən Olimpiya Kompleksi, süd zavodu, xüsusi istedadlı uşaqlar üçün Peşə Liseyi və digər obyektlərin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR