Bank Of Baku

Əli Bayramlı Diaqnostika Mərkəzində açıq ürək-damar cərrahiyyə əməliyyatları keçirilib

Əli Bayramlı Diaqnostika Mərkəzində açıq ürək-damar cərrahiyyə əməliyyatları keçirilib
# 03 may 2008 11:14 (UTC +04:00)
Əli Bayramlı. Əlibəy Zeynalov-APA. Əli Bayramlı Diaqnostika Mərkəzində kardiocərrahiyyə əməliyyatları keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhərdən başlayaraq Əli Bayramlı diaqnostika mərkəzində ARDNŞ-in maliyyə dəstəyi ilə iki xəstə üzərində açıq ürək-damar cərrahiyyə əməliyyatı keçirilib. Cərrahiyyə əməliyyatları Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası tibb elmləri namizədi, kardiocərrahiyyə şöbəsinin müdiri Rəşad Mahmudovun rəhbərliyi keçirilib. İmişli sakini 29 yaşlı Qambayev Muğan Nəcəf oğlunun anadangəlmə ürək qüsuru aradan götürülüb, Laçın qaçqını 1946-cı il təvəllüdlü Qasımov Əli Mövsüm oğlu üzərində isə aorta-koronar şuntlama əməliyyatı keçirilib. Müvəffəqiyyətlə yekunlaşan hər iki əməliyyat diaqnostik mərkəzin konfrans zalında quraşdırılmış monitor vasitəsi ilə jurnalistlər və tibb personalı tərəfindən izlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR