Bank Of Baku

Bakının Sabunçu və Əzizbəyov rayonlarında Gül Bayramı keçirilib

Bakının Sabunçu və Əzizbəyov rayonlarında Gül Bayramı keçirilib
# 04 may 2008 09:30 (UTC +04:00)
Sabunçu rayonunun məktəbliləri Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında güllərdən hazırlanmış müxtəlif fiqurları, Azərbaycanın tarixi-mədəniyyət abidələrini, milli və dövlət atributlarını nümayiş etdiriblər. Bayramın təşkil olunmasında rayon ərazisindəki bütün məktəblərin kollektivləri iştirak ediblər. Bayrama Sabunçu rayonunun rəhbərliyi və Bakı şəhər İcra Hakimiyyətinin təmsilçiləri də qatılıblar.
Qeyd edək ki, bu il Gül Bayramı əvvəlki illərdən fərqli təşkil olunur. Bu dəfə Bakının 11 rayonu ayrı-ayrı günlərdə bu bayramı qeyd edirlər. Sabah Nəsimi, Binəqədi, Nərimanov, mayın 6-da Səbayel, Qaradağ, Yasamal rayonları ərazisində Gül Bayramı qeyd olunacaq. Mayın 10-da isə Heydər Əliyev adına Sarayın qarşısındakı bağda paytaxt rəhbərliyinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR