Bank Of Baku

Sahil bağında Gül Bayramı təşkil olunub

Sahil bağında Gül Bayramı təşkil olunub
# 06 may 2008 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Səbayel rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Sahil bağında Gül Bayramı təşkil olunub. APA-nın məlumatına görə, bağda rayon məktəblilərinin güllərdən hazırladıqları müxtəlif əl işləri nümayiş olunub. Səbayel rayon İH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, tədbirə rayon ərazisində fəaliyyət göstərən 16 orta məktəb, 16 uşaq bağçası və 2 yaradıcılıq mərkəzi qatılıb. Bayramda uşaqların hazırladıqları rəngarəng gül kompozisiyaları, Heydər Əliyevin güldən hazırlanmış təsvirləri, Qız qalası, Möminə Xatun türbəsi və digər tarixi abidələrin güldən düzəldilmiş maketləri nümayiş olunub. Bağda konsert proqramı da təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR