Bank Of Baku

Ötən ay Azərbaycanın 2 122 743 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 2 122 743 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 06 may 2008 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin aprel ayı ərzində Azərbaycanın 2 122 743 kv/m ərazisi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan əməliyyatlar zamanı 4 894 PHS aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda ümumilikdə 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. İndiyədək isə
ANAMA tərəfindən ümumilikdə 67 648 981 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 306 889 olub. Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 98 mina-PHS hadisəsində 57 nəfər həlak olub, 134 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy və Ağstafa rayonlarında aparılır.
Ötən ay “Azərbaycanda minadan zərərçəkənlər üçün icma səviyyəli kiçik biznes təlimləri və mikro-kredit dövriyyə fondu” layihəsi çərçivəsində Goranboy rayonunda yaşayan 20 nəfər minadan zərər çəkmiş şəxsə mikrokreditlər verilib. Minatəmizləməyə və minadan zərər çəkmiş şəxslərə yardım üzrə Beynəlxalq Etimad Fondunun (İTF) vasitəçiliyi ilə Avstriyanın İnkişaf Agentliyi (ADA), Koreya, Sloveniya və Azərbaycan hökumətləri tərəfindən maliyyələşdirilən layihə üzrə ümumilikdə 38 nəfərə mikrokreditlər ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR