Bank Of Baku

NATO ekspertləri Saloğlu Layihəsinin 3-cü fazasının başlanması üzrə təkliflər planı hazırlayacaqlar

NATO ekspertləri Saloğlu Layihəsinin 3-cü fazasının başlanması üzrə təkliflər planı hazırlayacaqlar
# 06 may 2008 12:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) ekspertləri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri ilə birgə Saloğlu Layihəsinin yenidən qiymətləndirilməsini həyata keçirib. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NAMSA-nın ekspertləri aprelin 21-dən mayın 2-dək Azərbaycanda olub. Ekspertlər Saloğlu Layihəsinin 3-cü fazasının başlanması üzrə təkliflər planı hazırlayaraq NATO rəhbərliyinə təqdim edəcəklər. Bundan sonra Layihənin 3-cü fazasına start veriləcək.
Qeyd edək ki, layihənin 3-cü fazasının başlanılmasına dair müqavilənin iyunun sonlarında imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR