Bank Of Baku

Mayın 10-da Azərbaycan paytaxtına bir milyondan çox gül gətiriləcək

Mayın 10-da Azərbaycan paytaxtına bir milyondan çox gül gətiriləcək
# 06 may 2008 13:47 (UTC +04:00)
BŞİH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, saat 21.00-da başlayacaq konsertdə tanınmış incəsənət ustaları çıxış edəcək. Konsert zamanı şəhərin 25-dən çox yerində atəşfəşanlıq olacaq. Həmin gün Heydər Əliyev Sarayının qarşısındakı parkda Gül Bayramı keçiriləcək. Park İtaliya, Fransa və Hollandiyadan gətirilmiş bir milyondan çox gül-çiçəklə bəzədiləcək, dünyanın 150-dən çox ölkəsindən gətirilən dibçəklərdə əkilmiş ən nadir güllər nümayiş olunacaq. BŞİH ilə Nəqliyyat Nazirliyi arasında əldə olunan razılaşmaya əsasən, mayın 10-da saat 22.00-dan Azadlıq meydanından şəhərin bütün istiqamətlərinə xüsusi avtobuslarla sərnişindaşıma həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR