Bank Of Baku

Milli QHT Forumunun növbədənkənar qurultayında prezident seçkiləri zamanı qurumun fəaliyyət istiqamətlərinə aydınlıq gətiriləcək

Milli QHT Forumunun növbədənkənar qurultayında prezident seçkiləri zamanı qurumun fəaliyyət istiqamətlərinə aydınlıq gətiriləcək
# 13 may 2008 13:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Milli QHT Forumunun sədr əvəzi Rauf Zeyni növbədənkənar VII qurultayının keçirilməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Zeyni bildirib ki, forumun aprelin 29-da keçirilən İdarə Heyətinin toplantısında Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri təyin olunması ilə əlaqədar qurumun prezidenti vəzifəsindən istefa verib. O, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradıldığını da söyləyib. R. Zeyni deyib ki, iyulun 2-də keçiriləcək qurultayda forumun prezidentliyinə və digər postlara seçkilər keçiriləcək. Onun sözlərinə görə, qurultayda Azərbaycan prezidentli postuna seçkilər zamanı forumun fəaliyyət istiqamətlərinə də aydınlıq gətiriləcək: “Forum ötən seçkilər zamanı müşahidə missiyasını həyata keçirib. Bu dəfə də bu missiyanı davam etdirə bilər”. R. Zeyni qurultayda sədr vəzifəsinə öz namizədliyini irəli sürəcəyini də istisna etməyib. O, forumun üzvlərini qurultay öncəsi proseslərdə fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, Milli QHT Forumu 1999-cu ildə yaradılıb və hazırda bu qurum öz sıralarında 400-ə yaxın QHT-ni birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR