Bank Of Baku

İran İŞİD-lə əlaqədə ittiham olunan iki nəfəri edam edib

İran İŞİD-lə əlaqədə ittiham olunan iki nəfəri edam edib
# 14 iyul 2026 11:27 (UTC +04:00)

İran İslam Respublikasına qarşı silahlı fəaliyyət göstərməkdə təqsirləndirilən iki İŞİD üzvü edam olunub.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran Məhkəmə Hakimiyyəti Möhiəddin Abdullahi və Hüseyn Palaninin İŞİD terror qruplaşmasının üzvləri kimi İran İslam Respublikasına qarşı silahlı fəaliyyət göstərməkdə təqsirli bilinərək edam edildiklərini açıqlayıb.

Məlumata əsasən, onların işi üzrə məhkəmə araşdırmaları aparılıb və hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Bildirilir ki, həmin şəxslər İraq və Suriyada İŞİD-in təşkilati strukturunun dağılmasından sonra qruplaşmanın fəaliyyətini bərpa etmək və bölgədə sabitliyi pozmaq məqsədilə yaradılmış terror şəbəkəsinin üzvləri olublar.

Qrup üzvləri İraq-İran sərhədində yerləşən Bəmo dağlıq ərazisində mövqe tutaraq yeni üzvlərin cəlb edilməsi, silahlanma və İran ərazisinə sızaraq terror aktları həyata keçirməyi planlaşdırıblar. Lakin onların fəaliyyəti təhlükəsizlik və kəşfiyyat orqanlarının nəzarətində olub.

İran Məhkəmə Hakimiyyəti qeyd edib ki, onlar planlarını həyata keçirməzdən əvvəl saxlanılıblar. Əməliyyat zamanı bir neçə terrorçu zərərsizləşdirilib, bir neçəsi isə həbs olunub. Həmçinin, terrorçulara məxsus xeyli sayda silah-sursat, avadanlıq və sənədlər müsadirə edilib.

Məhkəmə Hakimiyyəti əlavə edib ki, terrorçuların saxlanılması əməliyyatı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç əməkdaşı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR