Bank Of Baku

Naxçıvanda bir qrup Böyük Vətən Müharibəsi əlilinə “Oka” markalı avtomobil verilib

Naxçıvanda bir qrup Böyük Vətən Müharibəsi əlilinə “Oka” markalı avtomobil verilib
# 14 may 2008 16:31 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvanda bir qrup Böyük Vətən Müharibəsi əlilinə “Oka” markalı avtomobil verilib. APA-nın məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov son illər regionda əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi barədə ölkə başçısının imzaladığı sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası üzrə 3732 nəfərə maddi yardım göstərildiyini, bunlardan 277 nəfərin Böyük Vətən Müharibəsi iştirakçısı olduğunu bildirib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu cür tədbirlərin bundan sonra davam etdiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR