Bank Of Baku

Hadı Rəcəbli: “2000-2007-ci illərdə Azərbaycanda 25 mindən artıq nikahdankənar uşaq doğulub”

Hadı Rəcəbli: “2000-2007-ci illərdə Azərbaycanda 25 mindən artıq nikahdankənar uşaq doğulub”
# 23 may 2008 16:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Rəsmi statistikaya görə, 2000-2007-ci illərdə Azərbaycanda 25 mindən artıq nikahdankənar uşaq doğulub”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli deyib. O bildirib ki, hazırda Azərbaycanda Qərb ölkələrində olduğu kimi, “vətəndaş nikahı”ndan doğulan uşaqların sayı artıR və bu hal cəmiyyətdə mənfi tendensiyaya zəmin yaradır. Azərbaycanda boşanma hallarının da ötən dövrlərə nisbətən artdığını söyləyən H. Rəcəbli bunun bir neçə səbəbinin olduğunu vurğulayıb: “Avropaya inteqrasiya edəndə belə məsələlər də diqqətə alınmalıdır. Çünki inteqrasiya prosesində digər cəmiyyətlərin pozitiv tərəfləri ilə yanaşı, neqativ xüsusiyyətləri də bizə ötürülür. Vəziyyəti inzibati qaydada dəyişmək mümkün deyil. Adekvat tədbir kimi “Gənc ailənin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır. Qanun layihəsində gənc ailənin bütün problemlərinin həlli öz əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR