Bank Of Baku

ANAMA "Ocaq" Hümanitar Birliyi ilə birgə minadan zərərçəkən 47 nəfərə əlil arabaları paylayıb

ANAMA  "Ocaq"  Hümanitar Birliyi ilə birgə minadan zərərçəkən 47 nəfərə əlil arabaları paylayıb
# 24 may 2008 09:49 (UTC +04:00)
Gəncə-Ayxan Hüseynov-APA. Azərbaycan Ərazilərin Minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qarabağ müharibəsində, eləcə də ondan sonra mina partlayışları nəticəsində zərərçəkmiş şəxslərin problemlərinin həlli üzərində işlər aparır. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ANAMA-nın dəstəyi ilə "Ocaq" Hümanitar Birliyi minadan zərərçəkən 25 nəfərə həmçinin 22 əlil qadın və uşağa əlil arabaları paylayıb. ANAMA nın informasiya üzrə meneceri Əziz Əliyev bildirib ki, onlar minadan zərərçəkənlərə yardım üçün 2000ci ildən etibarən tədqiqatlar aparıblar:
"İlk tədqiqatlarımız cəbhəyanı və sərhədyanı 11 rayonu, 2004 - cü ildə aparılan tədqiqatlarımız isə bütün respublikanı əhatə etdi və 1900 nəfər haqqında məlumat topladıq ki, onlar hansı şəraitdə və necə minaya düşüblər. Həmçinin onların ehtiyacları barədə məlumat aldıq. Biz əməkdaşlıq etdiyimiz, ABŞ-ın Avropa Xüsusi Qoşunları Komandanlığına müracət etdik. Onlar da bizə köməklik edərək, Azərbaycana 280 əlil arabası göndərdilər. Həmən əlil arabalırının 80-i keçən il paylanıb". Qeyd edək ki, "Wheelchair Foundatioon" tipli əlil arabalarının birinə ABŞ Avropa Xüsusi Qoşunları Komandanlığına 75 dollara başa çatıb. Ancaq ABŞ da həmin arabaların pərakəndə satış qiyməti 500 dollara qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR