Bank Of Baku

“Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında” Əsasnamə imzalanıb

“Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında” Əsasnamə imzalanıb
# 09 iyun 2008 14:53 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə 2006-2008-ci illə ərzində Rusiyanın Mülki-Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əməkdaşlığın kompleks planının həyata keçirilməsinin yekunları müzakirə olunub. Həmçinin, görüşdə iki ölkənin analoji qurumları arasında əməkdaşlıq, bu sahədə görülən işlər, qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazirliklər arasında “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında” Əsasnamə imzalanıb.
Rusiya nümayəndə heyəti daha sonra Azərbaycan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 29 saylı dövlət yanğından mühafizə hissəsinin və Mülki Müdafiə Qoşunlarının Biləcəri alayının fəaliyyəti ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR