Bank Of Baku

Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
# 12 iyul 2026 00:33 (UTC +04:00)

Tovuzda kənd sakininə məxsus fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

***
23:03

Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR