2023-cü ildə 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, qiymətləndirmə həyata keçirilən universitetlər - Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və ADA Universitetidir.
O əlavə edib ki, dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və
8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlanılıb. Onların sırasında ADPU-CVU, ADAU-Ege, BMU-İNHA, ADA-CVU proqramları var.
Tural Əhmədov əlavə edib ki, 2 peşə təhsil müəssisəsinin (Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.