15 dövlət qurumu SİMA-ya inteqrasiyanı başa vurub.
“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva mətbuat konfransında bildirib.
“15 dövlət qurumu SİMA-ya inteqrasiyanı başa vurub. Artıq 155 mindən artıq şəxs mobil imzaya malikdir. SİMA biometrik imzası “Azintelekom” məhsulu olmasına baxmayaraq dövlət və özəl şirkətin birgə layihəsidir”, - deyə İ.Vəliyeva bildirib.