Bank Of Baku

50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlanıb

50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlanıb
# 06 mart 2024 12:48 (UTC +04:00)

Son iki həftə ərzində 50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlanıb.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə APA-nın sualına cavab olaraq deyib.

“Davamiyyətlə bağlı son iki həftədə təxminən 50-yə yaxın məktəbdə olmuşuq. Monitorinqlər Bakı, Abşeron və digər ərazilərdə aparılıb. Pozuntular aşkar edilib. Pozuntu aşkar edilən məktəblərdə müvafiq tədbirlər görülüb” - Agentlik sədri qeyd edib.

Agentlik direktoru onu da əlavə edib ki bu monitorinqlərdə təkcə davamiyyət deyil, digər məqamlar da yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR