Keçən il 700-ə yaxın qanunsuz bələdiyyə aktı müəyyənləşdirilib.
APA xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.
Qeyd edilib ki, ilboyu büdcədən vəsait ayrılması ilə bağlı bələdiyyə aktları üzrə inzibati nəzarət həyata keçirilərkən yerli büdcənin və onun icrası barədə hesabatların tərtibində, təsdiqi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərə əməl olunmasında, bələdiyyə büdcəsindən vəsaitin xərc istiqamətlərinə uyğun və yalnız bələdiyyə qərarı ilə ayrılmasında, büdcənin kəsrlə icrası hallarında məxaricin ixtisarı mexanizminin tətbiq edilməsi və bu zaman müdafiə olunan xərclərə toxunulmaması və s. məsələlərdə ayrı-ayrı bələdiyyələr tərəfindən nöqsan və pozuntulara yol verildiyi də müəyyənləşdirilib.