Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşlarının dayandırılması səbəbindən ölkəmizdə qalan 670 Rusiya vətəndaşının ölkəsinə keçidi təmin olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində qeydiyyatda olan qonşu ölkənin vətəndaşlarının “Samur” sərhəd keçid məntəqəsindən ölkələrinə qayıtması baş tutub.