“Bizim bir arzumuz olub ki, Qarabağ azad olunsun və böyük qayıdışı edək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, balanslaşdırılmış şəkildə bütün proseslərin icra edilməsinə çalışılacaq: “Bu il 100 min abonent qazlaşdırılacaq. Hökumət adından bildirirəm ki, millət vəkillərinin qaldırdığı məsələlər, təkliflər qısa müddət ərzində cavablandırılacaq”.