Gürcüstandan 218 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb - YENİLƏNİB

Gürcüstandan 218 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb - YENİLƏNİB
# 15 yanvar 2021 15:26 (UTC +04:00)

COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda qalan Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, təxliyə edilənlərin “Sınıq Körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının müşayiəti ilə Azərbaycana keçməsi təmin olunub.

Ümumilikdə 218 Azərbaycan vətəndaşının təxliyə edildiyi bildirilib.

Təxliyə prosesinin növbəti həftə də həyata keçirilməsi planlaşdırılır.

***

saat 09:27

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə edilir.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə olunanlar ötən gün Tbilisi, Marneuli və Batumidəki klinikalarda koronavirus testləri veriblər və onların hər birinin analizini cavabı neqativ olub. Təxliyy olunan vətəndaşlar hazırda Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Sınıq Körpü" gömrük keçid məntəqəsinə toplanırlar, burada onların səfirlik əməkdaşlarının müşayiəti ilə Azərbaycana keçmələri təmin edilir.

Azərbaycana təxliyə edilənlərin ölkə ərazisində karantinə alınmayacağı bildirilir.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR