Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.
R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. Əynində qara şalvar və qara-qırmızı zolaqlı kofta olub.