Bank Of Baku

ABŞ ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizaları ləğv edib

ABŞ ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizaları ləğv edib
# 06 aprel 2025 14:21 (UTC +04:00)

ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

Marko Rubio Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verildiyini bildirib. Buna səbəb Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi olub. Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR