ABŞ son günlərdə doğuş turizmi ilə mübarizə çərçivəsində 150 vizanı ləğv edib.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ləğv edilən vizalar doğuş turizmi şəbəkəsinin iştirakçılarına və ABŞ vətəndaşlığı əldə etmək məqsədilə ölkəyə uşaq dünyaya gətirmək üçün gələn şəxslərə aiddir.