6-10 fevral 2023-cü il tarixlərində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Türkiyənin MDSOFT şirkətinin nümayəndə heyətləri Azərbaycanda səfərdə olublar.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Professor Bahadır Aktuğun rəhbərlik etdiyi AFAD-ın nümayəndə heyətində AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsarac, departamentin əməkdaşları Derya Aksel, Doruk Şentürk, Engin Çoruh, Kadır Yıldız, Okan Şahbaz və digərləri olublar.
Səfər zamanı AFAD-ın Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əldə olunmuş Razılaşma Protokolu çərçivəsində Azərbaycanda yeni quraşdırılmış 22 ədəd seysmik stansiyalardan olan məlumatların emalı və analizi məqsədi ilə Türkiyədə hazırlanmış proqramların RSXM-də tətbiqi ilə bağlı “Zəlzələ ocaqlarının dinamikası” və “Geodinamika” şöbəsinin əməkdaşlarına təlim keçirilib.
Həmçinin, professor Bahadır Aktuğ tərəfindən GPS məlumatlarının analizi üçün tərtib olunan yeni proqramlar «Geodinamika» şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov ilə müzakirə edilib.
Aləmdə Nəsib