Bank Of Baku

Agentlik: Açıq təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır

Agentlik: Açıq təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır
# 09 aprel 2024 11:46 (UTC +04:00)

Açıq təhsilalma formasında təhsil alanların diplomu ölkəmizdə tanınmır.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli APA-nın sualına cavab olaraq deyib.

"Açıq təhsilalma forması ilə bağlı bizə ən çox Türkiyə Respublikasından müraciətlər daxil olur. Bu bir neçə başqa ölkədə də var. Bu təhsil formasına "open education" da deyilir, yəni burada tələbə-müəllim kontaktı olmur. Azərbaycan təhsil qanunvericiliyində bu təhsilalma forması yoxdur. Buna görə də birmənalı olaraq bu təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır" - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR