Bank Of Baku

Agentlik direktoru: Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə nəticələr bizi qane etmir

Agentlik direktoru: Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə nəticələr bizi qane etmir
# 29 iyul 2024 11:52 (UTC +04:00)

Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə bugünkü nəticələr bizi qane etmir.

APA xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı bu gün keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, peşə təhsili müəssisələrində inklüziv tədrisin aparılması üçün hazırda müəllimlərimiz ilə müəyyən təlimlər keçirilir:

"Təhsilin bütün pillələrində inklüzivliyin təmin edilməsi üçün işlər aparılır. Eləcə də peşə təhsili sahəsində. Qeyd edim ki, peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi nisbətən çətindir. Lakin bu istiqamətdə artıq işlər aparılır. Müsbət nümunələrimiz də var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR