"Postmüharibə dövrü bütün ölkə üçün ağır dövrdür".
APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
O bildirib ki, qazilərin psixoloji durumu müharibədən sonra bütün ölkələrdə olan problemdir: "Statistikaya görə intiharların sayında ötən illə müqayisədə ciddi artım yoxdur. Amma hər bir halda bu istiqamətdə ciddi işlər görülməlidir".