Bank Of Baku

Agentlik Ukraynada təhsil almaq istəyənlərə xəbərdarlıq edib: Diplomların tanınmasında problem yarana bilər

Agentlik Ukraynada təhsil almaq istəyənlərə xəbərdarlıq edib: Diplomların tanınmasında problem yarana bilər
# 09 aprel 2024 11:02 (UTC +04:00)

Ukraynada təhsil almaq istəyən tələbələrə birmənalı olaraq həmin ölkədəki universitetlərə getməməyi tövsiyə edirik.

APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli deyib.

"Təəssüf ki, bəzi şirkətlər insanları bir növ aldadaraq bu cür müharibə şəraitində olan ölkələrdəki universitetlərə yönəldirlər. Biz istərdik ki, vətəndaşlar bu cür hallarda diqqətli olsunlar. Çünki orada olan müharibə şəraiti səbəbindən tələbələr dərslərdə belə iştirak edə bilmirlər. Bu da sonda diplomun tanınmaması problemi yaradır", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR