Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayon icra hakimiyyətlərinin humanitar yardımı Türkiyəyə yola salınır.
APA xəbər verir ki, ümumilikdə 2 yük maşınında toplanan yardıma generatorlar, digər isidici vasitələr, matras, yorğan-döşək, həmçinin quru qidalar daxildir.
Rayon İcra Hakimiyyətləri humanitar yardımların davamlı olacağını deyib.