Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiya prosesində iştirak etmək istəyən magistratura və ya doktorantura səviyyəsi üzrə təhsilalanların seçiminə start verilib.
Bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Aşağıdakı tələbləri ödəyən namizədlər seçimdə iştirak edə bilər:
1. Abituriyent imtahanı zamanı topladığı balın 500-dən yuxarı olması;
2. Magistratura qəbul imtahanı zamanı topladığı balın 60-dan yuxarı olması;
3. Bakalavr təhsil səviyyəsini bitirdiyi zaman ÜOMG ortalamasının 85-dən yuxarı olması;
4. Təhsil aldığı müddətdə mobillik proqramlarında iştirak etməsi (üstünlükdür);
5. Bakalavr və (və ya) magistraturada ikili diplom proqramında təhsil alması (üstünlükdür);
6. Təhsil aldığı müddətdə ali təhsil müəssisəsinin tələbə təşkilatlarında aktiv iştirak etməsi (TGT, THİK, TEC və s.) (üstünlükdür);