Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev fevralın 17-də saat 10:00-da Şirvan şəhərində qəbul keçirəcək.
Bu barədə APA-ya Ali Məhkəmədən məlumat verilib.
Məlumatda deyilir ki, Ramiz Rzayev Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) Şirvan, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat 2023-cü il fevralın 16-da saat 18:00-da başa çatır.