Ali təhsil sistemində və doktoranturada qadınlarla kişilərin say nisbəti məlum olub

Ali təhsil sistemində və doktoranturada qadınlarla kişilərin say nisbəti məlum olub
# 20 may 2024 15:04 (UTC +04:00)

Ali təhsil müəssisələrinin professor‐müəllim heyətinin say bölgüsünün təhlili onu göstərir ki, dövlət və özəl ali təhsil müəssisələrində çalışan qadınlar 61,1%, kişilər isə 38,9% təşkil edir

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin müqayisəli statistikasının təhlili onu göstərir ki, kişilər (71%) peşəyönümlü təhsilə, qadınlar (62,6%) daha çox orta ixtisas təhsilinə üstünlük verirlər. Bu göstəricilər həm özəl, həm də dövlət tabeliyində olan təhsil müəssisələrinə aiddir. Təhsilin bakalavr dərəcəsində təhsil alanların arasında qadınlar (52,6%), magistr dərəcəsində isə kişilər (51,6%) üstünlük təşkil edir.

2023‑cü ildə doktorantura hazırlığı həyata keçirən 112 müəssisədən 83‐ü üzrə doktorantura səviyyəsinə qəbul olunmuş şəxslər Elm və Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Ali və orta ixtisas təhsili sistemində (AOİTS) qeydiyyatdan keçib. Doktorantura hazırlığı həyata keçirən 83 müəssisə üzrə doktorantura səviyyəsinə qəbul olunmuş şəxslərin 50%‑dən çoxunu qadınlar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR