Bank Of Baku

Alim pik həddə qeydə alınan qripə yoluxma hallarının nə vaxt azalacağını bildirib

Alim pik həddə qeydə alınan qripə yoluxma hallarının nə vaxt azalacağını bildirib
# 18 dekabr 2022 19:57 (UTC +04:00)

Yeni il tətillərindən sonra qrip və SARS virusuna yoluxma dalğası səngiyəcək.

APA xəbər verir ki, bunu TASS –a Meçnikov adına Vaksinlər və Zərdablar Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Vitali Zverev deyib.

Onun sözlərinə görə, hazırda bu viruslara yoluxmanın pik həddi qeydə alınır. Amma bayramlar bitdikdən sonra halların sayı azalmağa başlayacaq. "İndi qrip və SARS-a yoluxma hallarının pik nöqtəsidir. Yeni ildən sonra bu hallar azalacaq” – alim deyib. İnfeksiyaya yoluxmamaq üçün Zverev bayram günlərində böyük şirkətlərdə toplaşmamağı tövsiyə edib. Alim əlavə edib ki, bu bayramı ailə ilə qeyd etmək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR