Bank Of Baku

AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri açıqlanacaq

AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri açıqlanacaq
# 15 fevral 2023 11:03 (UTC +04:00)

AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.

AMEA-dan APA-ya verilən məlumata görə bu barədə Rəyasət Heyətinin iclasında qeyd edilib. Bildirilib ki, Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib:

“AMEA prezidenti Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub.

“Ümumi yığıncaqda “AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr” mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr”, “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış”, “AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti”, “AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri” mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb”.

Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR