"Dünya Bankının hesabatında qeyd olunur ki, Ermənistan su çatışmazlığı yaşayır".
APA xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.
O qeyd edib ki, Ararat vadisində kommersiya balıqçılığı və suvarma üçün yeraltı suların çıxarılması onların illik təbii bərpası həddini aşır: “Suvarma tələbatını ödəmək üçün Göyçə gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün Ermənistanda transsərhəd çaylarının çirkləndirilməsi ən çox Azərbaycana təsir edir. Buna görə də ESPO konvensiyasına uyğun olaraq Ermənistan hökuməti bununla bağlı hesabat verməlidir”.