Bank Of Baku

ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb

ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb
# 26 yanvar 2023 10:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşüb.

APA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Görüşdə BMT İP ilə Agentliyin uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR