Bank Of Baku

ANAMA və YAP “Heydər Əliyev - 100 il” adlı tədbir keçirib - FOTO

ANAMA və YAP “Heydər Əliyev - 100 il” adlı tədbir keçirib - FOTO
# 31 yanvar 2023 13:20 (UTC +04:00)

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - 100 il” adlı tədbir keçirilib. Tədbir dayanıqlı inkişaf və intibahın banisi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, uzaqgörən strategiyası sayəsində yaradılan Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətlərinə həsr olunub.

APA xəbər verir ki, tədbirdə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatları Eldar İbrahimov və Kəmaləddin Qafarov, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak edib.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycan Respublikasının ictimai siyasi həyatına bəxş etdiyi dayanaqlı inkişaf yolu, eləcə də 44 günlük müharibədə qazanılmış şanlı zəfərdən sonra aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyəti və bərpa quruculuq işləri haqda məlumat verilib.

Çıxışlardan sonra “Təhlükəsiz gələcəyin təməli – Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda panel müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi istiqamətində birgə fəaliyyət planlarının yerinə yetirilməsi haqda müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR