Bank Of Baku

Antiterror əməliyyatında ağır yaralanan, ötən gün vəfat edən zabit Salyanda dəfn olunub - FOTO

Antiterror əməliyyatında ağır yaralanan, ötən gün vəfat edən zabit Salyanda dəfn olunub - FOTO
# 08 aprel 2024 11:42 (UTC +04:00)

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.

APA xəbər verir ki, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Milli Məclis üzvləri, Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yaylım atəşi açılıb. Cənazəyə bükülən Dövlət bayrağı şəhidin atasına təqdim olunub.

Qeyd edək ki, Bağırov Ülvi Hənifə oğlu aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR