Fevralın 5-də, saat 10:17 radələrində xəstə Y.Ə. valideynləri tərəfindən xəstəxanaya gətirilib.
Bunu APA-nın cənub bürosuna Astarada azyaşlının ölüm faktı ilə bağlı rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev bildirib:
“Müvafiq həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə ambulator müalicəyə göndərilib. Həkim nəzarətində saxlanılması məsləhət görülüb. 7 fevral tarixində Astara Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib və orada ona bədən hərarəti yuxarı olduğuna görə yardım göstərilib, infuziya da olunub. Vəziyyəti stabilləşəndən sonra evə göndərilib. Bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmin xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb".
***
12:10
Astarada 6 yaşlı uşaq ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Y.Ə. qızılca xəstəliyindən ölüb.
Yaxınlarının bildirdiyinə görə, azyaşlı 4 gün əvvəl Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona qızılca diaqnozu qoyulub, ambulator müalicə üçün evə buraxılıb. Dünən uşağın vəziyyəti yenidən pisləşib. Onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırmaq istəsələr də, uşaq yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.