Bank Of Baku

ATU-nun bir qrup əməkdaşı təşəkkürnamə alıb

ATU-nun bir qrup əməkdaşı təşəkkürnamə alıb
# 17 fevral 2023 15:34 (UTC +04:00)

İran İslam Respublikasında bizim səfirliyə olan hücum zamanı orda bir şəhidimiz və yaralılarımız olub. Həmin yaralılarımızın həyatını xilas edib ölkəmizə gətirilməsi üçün universitetimizdən 6 nəfərdən ibarət həkim qrupu hazırlanaraq hadisə yerinə göndərilib.

Azərbaycan Tibb Universitetindən APA-ya verilən xəbərə görə, onların içərisində reanimatoloq, ortapedik travmotoloq, üz-çənə və ümumi cərrahlarımız olmaqla həkim qrupu hazırlanıb və dövlətin tapşırığı ilə İrana göndərilib. Orada öz həyatı bahasına riskə atılaraq səfirlikdə olan yaralılara təcili tibbi yardım göstərərək onların ölkəmizə gətirilməsində çox böyük fədəkarlıq göstəriblər. Onların bu əməyi Azərbaycan Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin rektorluğu və Həmkarlar İttifaqı tərəfindən yüksək qiymətləndirilərək təşəkkürnamə hazırlanaraq təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR