Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoruna müalicə işləri üzrə yeni müavin təyin olunub.
APA xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.
Qeyd edilib ki, bundan sonra bu vəzifəni ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov icra edəcək.
Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilin təqdimatı əsasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli müvafiq əmr imzalayıb.